Masallıda ŞOK OLAY: Kafedəki hesaba görə dostunu bıçaqladı

Masallıda ŞOK OLAY: Kafedəki hesaba görə dostunu bıçaqladı

Hazırda oxunan: Masallıda ŞOK OLAY: Kafedəki hesaba görə dostunu bıçaqladı

574279

Masallıda gənc oğlan sinif yoldaşını bıçaqlayıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Qəriblər kəndi ərazisində qeydə alınıb.
 

28 yaşlı Fuad Malikov (ad və soyad şərtidir) kafedə sinif yoldaşı Həzi (ad şərtidir) ilə oturub və öz cibindəki pula uyğun sifariş verib, Həzi də pivə və tum istəyib. Hesab gələndə isə pulları çatmadığı üçün dostlar arasında dava düşüb. Dava zamanı Fuad bıçaqla və yumruqla Həziyə müxtəlif xəsarətlər yetirib.


Hadisə ilə əlaqədar Fuad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Masallı rayon məhkəməsində hakim Elşən Hüseynovun sədrliyi ilə keçirilən iclasda Fuad Malikov barəsində 1500 manat məbləğində cərimə cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO