Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO

Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Şəhid Cumart Əlimuradovun anım mərasimi keçirildi - FOTO

574257

Bu gün Qusar rayonunun Urva kəndində şəhid Əlimuradov Cumart Şixrəhim oğlunun anım mərasimi keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləyib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
 

Qeyd edək ki, şəhid Əlimuradov Cumart Şixrəhim oğlu 31 may 2001-ci ildə Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olmuş Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub.


O, 8 oktyabr 2020-ci ildə Qusar rayonunun Urva kəndində dəfn olunub. Ölümündən sonra “Laçının azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif olunub.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO