Dünyada, həmçinin Azərbaycanda reklam bazarı sürətlə inkişaf edir. Şirkətlər də məhsullarını reklam etmək, istehlakçılara daha effektiv, sürətli çatmaq üçün yeni üsullar axtarırlar. Bu baxımdan, ictimai nəqliyyatda, avtobus, qatarlarda və taksilərdə reklam yerləşdirmək ideyası daha çox diqqət cəlb edir.
Azərbaycanda avtobuslarda, metro stansiyalarında, qatarlarda reklam qaydalarına uymaq şərtilə müxtəlif reklamlar mövcuddur. Taksi xidmətlərində isə buna rast gəlinmir. Taksilər ən yaxşı halda taksi şirkətlərini reklam edirlər.
Bəs Azərbaycanda taksilərdə reklam yerləşdirmək qanunvericilik baxımından mümkündürmü? Bu sahədə hansı tənzimləmələr və məhdudiyyətlər mövcuddur?
Mövzu ilə bağlı fikirlərini nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya bildirib. Onun sözlərinə görə, ölkəmizdə buna qanunvericilklə icazə verilir:
“Bunun üçün Dövlət Reklam Agentliyi və Dövlət Yol Polisindən icazə alınmalıdır. İcazə alındıqdan sonra müəyyən olunmuş illik rüsum var və onu ödədikdən sonra hər hansı məhsul və ya şirkət reklam oluna bilər. Avtomobil özünü, şirkəti də, digər məhsulu da reklam edə bilər”.
Ekspet bildirib ki, reklam olunana görə qiymətlər dəyişir:
“Əgər avtomobil özünü reklam edirsə, rüsum azdır, amma başqa məhsul, şirkəti, nəyisə reklam edirsə, onun qiyməti başqa olur. Bir sözlə, reklam olunan müəyyən edilir, bunun üçün aidiyyəti qurumlardan icazə alınır. Onların icazəsi alındıqdan sonra bu kimi addımlar atılır. Rüsum ödənilir və müvafiq olaraq reklam yerləşdirilir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 08.10.2025
Azərbaycanda taksi üzərində reklama icazə veriləcək? – Qaydalar açıqlandı
Hazırda oxunan: Azərbaycanda taksi üzərində reklama icazə veriləcək? – Qaydalar açıqlandı
Hazırda oxunan: Azərbaycanda taksi üzərində reklama icazə veriləcək? – Qaydalar açıqlandı
574249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.