Avtosalon sahibi ağacı kəsdi, etiraz edən şəxsi döydü - VİDEO

Avtosalon sahibi ağacı kəsdi, etiraz edən şəxsi döydü - VİDEO

Hazırda oxunan: Avtosalon sahibi ağacı kəsdi, etiraz edən şəxsi döydü - VİDEO

574238

Bakının Badamdar qəsəbəsindəki maşın bazarında yerləşən "36A" avtomobil salonunun sahibi Cavad Əliyev obyektinin yaxınlığındakı ağacı kəsib.

Bizim.Media xəbər verir ki, bu barədə Unikal.az-a həmin bazarda fəaliyyət göstərən Rizvan Mehdiyev məlumat verib.

O bildirib ki, Cavad Əliyev mağazasında işləyən Bəxtiyar və qaynı İlham adlı şəxslərlə birlikdə ağacı kəsib:
 

"Görüntülər sentyabr ayının 30-da lentə alınıb. Ondan bir həftə əvvəl isə ağacın dibinə dizel yanacağı tökürdülər ki, qurusun. Onlar bu əməli törədəndə mən həmin şəxslərə irad bildirdim. Cavad isə xəbərdarlığa məhəl qoymadı və qeyri-etik ifadələr işlətdi.


Daha sonra Cavad mənimlə mübahisə etməyə başladı. İki nəfər idilər. Biri məni tutdu, digəri isə başıma ağac parçası ilə zərbə endirdi. Xəsarət aldım. Xəsarətimlə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan rəy almışam. Hazırda bu işlə bağlı polisdə araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO