“Qırmızı diplom heç bir üstünlük təmin etmir” –  İqtisad Universitetinin rektoru

“Qırmızı diplom heç bir üstünlük təmin etmir” –  İqtisad Universitetinin rektoru

Hazırda oxunan: “Qırmızı diplom heç bir üstünlük təmin etmir” –  İqtisad Universitetinin rektoru

57423

“Qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov özünün "Facebook" hesabından yazdığı statusda qeyd edib.

Fikirlərinin davamında rektor heç bir üstünlüyünün olmamasına baxmayaraq, yenə də tələbələrə bu cür fərqləndirici diplomların verildiyini diqqətə çatdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlərdə SOVET MİRASI – “İxtisaslar hələ də mərkəzləşmiş qaydada müəyyən edilir” - REKTOR 


“Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı” diplom digərlərilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO