Azərbaycanlı gənclər hansı ixtisaslara üstünlük verirlər? – İLK BEŞLİK

Azərbaycanlı gənclər hansı ixtisaslara üstünlük verirlər? – İLK BEŞLİK

Hazırda oxunan: Azərbaycanlı gənclər hansı ixtisaslara üstünlük verirlər? – İLK BEŞLİK

57414

Son vaxtlar sosial sifariş üzərindən aparılan diskussiyalar əsasən təhsilə köklənib. Təhsilin isə sosial həyatın digər sahələri kimi problemləri bitməz-tükənməzdir.

Tədris problemləri, müəllim-şagird münasibətləri, dərslik və vəsait, məktəblərdə rüşvət halları kimi nəhayətsiz dartışmaların içində vacib olan bir məsələ isə unudulur. Bu gün Azərbaycan gənci hansı ixtisas və peşələrə meyillidir? Dövrün çağırışları bu seçimlərdə nə dərəcədə rol oynayır?

Abituriyentlər ixtisas seçimi edərkən əmək bazarını da nəzərə alırlarmı? 

Məsələni təhsil üzrə ekspert Elşən Qafarovla davam etdiririk. Bizim.Media-ya danışan ekspert bildirdi ki, hal-hazırda müəllimlik və pedaqoji ixtisaslara sənəd qəbulu artıb, eyni zamanda informasiya təhlükəsizliyi ilə əlaqəli ixtisaslara gənclər daha çox üstünlük verir:

“Həmişə aktullağını qoruyan hüqüq, tibb sahələri də abituriyentlər arasında ən çox arzu və ən çox müraciət edilən sahələrdir”.

Təhsil eksperti bildirdi ki, yeni yaranan ixtisaslardan biri informasiya təhlükəsizliyidir ki, “bu peşə hələlik Neft Sənaye və Bakı Dövlət Universitetindədir. Lakin dövrün tələbi onu deməyə əsas verir ki, bu sahəyə axın günü-gündən artır”.

Vətəndaşlar arasında da bu sorğu keçirərək, gənclərin, xüsusilə abituriyentlərin hansı ixtisaslara daha çox maraq göstərdiklərini öyrənməyə çalışdıq.
Sorğumuzun nəticəsi olaraq, Azərbaycan cəmiyyətində arzu edilən ixtisas seçiminin ilk beşliyi belə üzə çıxdı:

1. Kompüter mühəndisliyi – Əsaslandırma: İT ixtisası daim inkişaf edən sahədir, eyni zamanda bu ixtisas olduqca gəlirlidir.

2. Qrafik dizayn sahəsi Əsaslandırma: - Yaradıcıdır, trend ixtisasdır.

3. Hüquqçu – Əsaslandırma: - Onlara həmişə iş var və karyera üçün yaxşı istiqamətdir.

4. Müəllimlik  - Əsaslandırma: Ülvidir, ən ali peşədir, müstəqildir və daimi ehtiyac var.

5. Həkimlik – Əsaslandırma: - Maraqlıdır, çörəyi daimidir, ən gəlirli sahələrdən hesab olunur. 

Leyla, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO