Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini

Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini

Hazırda oxunan: Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini

57371

“Azərbaycanda müxtəlif dövlət təşkilatları və özəl rabitə operatorları dövlət rabitə müəssisələrinin balansında olan kabel-kanalizasiya qurğularından icazəsiz və dəyəri ödənilmədən istifadə edirlər”.

Bizim.Media-nın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin qurğuların texniki normalara uyğun saxlanması və təmiri kifayət qədər investisiya tutumludur.
 

MÖVZU İLƏ BAĞLI:

5G uğrunda qırğın başladı - Lisenziya nə vaxt VERİLƏCƏK? 


“Telekommunikasiya sektoru ölkəmizdə ən aktiv sektorlardan biridir, bu sahədə müxtəlif operatorlar rəqabət şəraitində fəaliyyət göstərirlər. Lakin burada müəyyən çatışmazlıqlar var idi, bazarın sabit və mobil rabitə iştirakçılarını mövcud qanunvericilik və qaydalar çərçivəsində tənzimləməkdə çətinliklər yaşanırdı.

Bu hal sahənin dövlət tənzimlənməsi üzrə effektiv mexanizmlərin olmaması ilə əlaqədar idi. Belə ki, bəzi mobil operatorları etibarlılıq müddəti bitmiş lisenziyalarla, başqa sözlə, lisenziyasız fəaliyyət göstərirdilər. İnternet xidmətləri sahəsində özəl bazar oyunçuları standartlardan kənar infrastruktur qurur və fərqli yollarla ərazilərdə internet xidmətləri təklif edirlər.

Qeyd edilənləri nəzərə alaraq, nazirliyin sahənin dövlət tənzimləməsi üzrə mütərəqqi mexanizmlərin formalaşdırılması barədə qanunvericilik təklifləri əsasında nazirliyin tabeliyində olmaqla publik hüquqi şəxs şəklində peşəkar tənzimləyici qurum – İKT Agentliyi yaradıldı.

Hazırda Agentliyin formalaşdırılması və effektiv alətlərlə gücləndirilməsi üzrə işlər aparılır. Bununla paralel olaraq, görülmüş işlər nəticəsində artıq mobil operatorların lisenziyalaşdırılması tam təmin edilib”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO