"Bakı Taksi Xidməti" özəlləşdiriləcək - SƏBƏB

Hazırda oxunan: "Bakı Taksi Xidməti" özəlləşdiriləcək - SƏBƏB

57362

Taksi xidməti sahəsində özəl şirkətlərin səmərəli fəaliyyətini nəzərə alaraq, şəhərimizin simvollarından birinə çevrilən, dövlətə məxsus təsərrüfat subyekti olan “Bakı Taksi Xidməti” MMC-nin şəffaflaşdırılması, rentabelliyinin artırılması və dövlət əmlakından səmərəli istifadənin yüksəldilməsi məqsədilə dövlət-özəl əməkdaşlığı layihəsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, “Bakı Taksi Xidməti”nin infrastrukturu və avtomobil parkına özəl investisiyaların cəlb edilməsi vasitəsilə kadrların və “call center” xidmətinin səviyyəsinin artırılması, xidmətin ən nümunəvi taksi xidmətlərindən birinə çevrilməsi bu əməkdaşlıqda əsas hədəfdir (Azərtac).

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO