Məişət zorakılığı ilə bağlı qanunvericilik sərtləşdirilir - VİDEO

Məişət zorakılığı ilə bağlı qanunvericilik sərtləşdirilir - VİDEO

Hazırda oxunan: Məişət zorakılığı ilə bağlı qanunvericilik sərtləşdirilir - VİDEO

57281

''Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, təkliflər arasında şiddətin dərəcəsinə görə cinayət məsuliyyətinə cəlb olunma tələbi də yer alır.

Komitə sədri ölkəmizdə qadın sığınacaqlarının az olması məsələsinə də münasibət bildirib.

Qeyd edib ki, belə yeni məntəqələrin yaradılması planlaşdırılır. ''Bu, müxtəlif regionları əhatə etməlidir. Sığınacaqların sayının az olmasına baxmayaraq, orada qalan insanlar üçün çətinliklər yoxdur'',- deyə  B.Muradova əlavə edib.

Komitə sədri onu da qeyd edib ki, bəzi ailələrdə zorakılıq hallarının qarşısını almaq üçün maarifləndirmə işləri aparılır. Amma bəzi hallarda bu, heç də real nəticə verməyə bilir. 

Bahar Muradova müxtəlif ərazilərdə uşaqların diləndirilməsi iddialarını da şərh edib.

Mövzu ilə bağlı Xəzər TV-nin hazırladığı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO