Ağrısız, bir az yatmaq istəyirəm... -  Vaqif Səmədoğlu

Ağrısız, bir az yatmaq istəyirəm... - Vaqif Səmədoğlu

Hazırda oxunan: Ağrısız, bir az yatmaq istəyirəm... - Vaqif Səmədoğlu

57262
Vaqif Səmədoğlunun yeni şeri sosial şəbəkələrdə paylaşılıb. Moderator.az  sosial şəbəkələrdə müzakirə edilən şeri təqdim edir:

Ağrısız
Bir az yatmaq istəyirəm...
İlahi, 
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi, 
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO