Kəlbəcərin gəzməli-görməli yerləri - VİDEO

Kəlbəcərin gəzməli-görməli yerləri - VİDEO

Hazırda oxunan: Kəlbəcərin gəzməli-görməli yerləri - VİDEO

5726

Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım video-çarxı hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Agentliyin sədri Fuad Nağıyev "Twitter" səhifəsində məlumat paylaşıb.

“Kəlbəcər qədim abidələri, alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malikdir. Bu gün düşməndən azad olunan Kəlbəcərin gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə o, qeyd edib.

Çarxda Kəlbəcərin gəzməli-görməli yerləri, o cümlədən Azərbaycan Albaniyası dünya əhəmiyyətli nümunələrindən “Xudavəng” monastır kompleksi və Gəncəsər məbədi, VII-VIII əsrlərə aid edilən Kəlbəcər rayonunda dağ qalaları içərisində ən əzəmətlisi hesab olunan Lev qalası, orta əsrlərə aid edilən müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələr, kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə müalicəvi suları, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganə olan İstisi bulaqları, uzunluğuna və dərinliyinə görə seçilən çayları haqqında məlumatlar təqdim olunur.

Agentlik bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan və Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx təqdim edib.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO