İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
Marşrut və taksilərdə sürücü və sərnişinlərin gigiyenik vasitələr həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.
Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.
Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin rejim qaydalarına nəzarətlə bağlı tədbirlər eyni zamanda mağaza, market və digər qapalı məkanlarda da həyata keçirilib.
Ümumilikdə karantin rejim qaydalarını pozan 20-dən çox şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:07 / 25.01.2022
Astarada polis 20 nəfəri cərimələdi - Karantini pozdular və... - FOTO
Hazırda oxunan: Astarada polis 20 nəfəri cərimələdi - Karantini pozdular və... - FOTO
Hazırda oxunan: Astarada polis 20 nəfəri cərimələdi - Karantini pozdular və... - FOTO
57125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.