Dayanma, durma və parklanma ilə bağlı cərimələr ARTIRILIR

Dayanma, durma və parklanma ilə bağlı cərimələr ARTIRILIR

Hazırda oxunan: Dayanma, durma və parklanma ilə bağlı cərimələr ARTIRILIR

57107

Azərbaycanda dayanma, durma və parklanma qaydalarının pozulmasına görə cərimələrən artırılmasını özündə əks etdirən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı qərar parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qanunsuz parklanmalara qarşı reydlərin İLK GÜNÜ - Nə baş verir? - VİDEOREPORTAJ


İclasda nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması ilə bağlı layihələr müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO