Ramin Bayramlı Məleykə Abbaszadənin yanında işə BAŞLADI? – Qurumdan AÇIQLAMA

Ramin Bayramlı Məleykə Abbaszadənin yanında işə BAŞLADI? – Qurumdan AÇIQLAMA

Hazırda oxunan: Ramin Bayramlı Məleykə Abbaszadənin yanında işə BAŞLADI? – Qurumdan AÇIQLAMA

57069

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlının yeni vəzifəyə təyinat aldığı bildirilir. 

Məlumata görə Ramin Bayramlı Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müşaviri vəzifəsinə təyinat alıb.

Məsələ ilə bağlı TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı ilə əlaqə yaratmağa çalışdıq. Telefonu əvvəl məşğul göstərsə də, sonradan söndürüldü. 

DİM-in mətbuat xidməti Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını bildirib.

Qeyd edək ki, Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb. ATU-da müxtəlif vəzifələrdə çalışan Ramin Bayramlı 2 dekabr 2019-cu ildə TƏBİB-in İdarə Heyətinin sədri təyin olunub. 12 sentyabr 2021-ci ildə isə bu vəzifədən ayrılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO