Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - RƏSMİ

Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda müvəqqəti qeydiyyat ləğv olundu - RƏSMİ

56997

Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi barədə məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsədin mövcud pərakəndəliyi aradan qaldırmaq olduğunu bildırib:
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı AÇIQLAMA


"Evlənmə-boşanma, hərbi səfərbərlik və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis idarəsinə sorğular daxil olanda bəzi "neqativ hallar" müşahidə olunurdu. Polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin də məqsədi bu cür halların qarşısının alınması üçündür.

DİN sözçüsü qeyd edib ki, heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO