Bakıda telefon mağazasında ÖLÜM 

Bakıda telefon mağazasında ÖLÜM 

Hazırda oxunan: Bakıda telefon mağazasında ÖLÜM 

56990

Bakıda telefon mağazasında ölüm hadisəsi baş verib.

Binəqədi rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, yanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə hovuzda cəsədi tapılan qadının kimliyi bəlli olub


Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Müseyib Cəfərov metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüksək gərginlikli elektrik naqilininə toxunub, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO