Bu günlərdə Qubadlıda qarlı-şaxtalı hava müşahidə edilir. Havanın sərt olmasına baxmayaraq ərazidə, xüsusilə də sərhəd postunda Azərbaycana məxsus nəzarət-buraxılış məntəqəsi fasiləsiz xidmət göstərir.
Bizim.Media xəbər verir ki, Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndindən keçən hissəsi şəhər mərkəzindən təxminən 30 km-ə qədər məsafədə yerləşir. Sentyabr ayından burada ölkəmizə məxsus nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir.
Havanın qarlı olması ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə edilməsə də əməkdaşlar mütəmadi xidmətdədirlər.
Yoxlanış prosesi sürücü tərəfindən mal-müşaiət sənədlərinin təqdim edilməsi ilə başlayır, daha sonra vahid avtomatlaşdırılmış sistemdə qeydiyyat aparılır.
Bütün işlər yekunlaşdıqdan sonra nəqliyyat vasitəsinin təyinatı üzrə buraxılışı təmin edilir.
Daha ətraflı videodan izləyin: (AzTV)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:30 / 24.01.2022
Qubadlıda ermənilərin də keçdiyi sərhəd postundan VİDEO REPORTAJ
Hazırda oxunan: Qubadlıda ermənilərin də keçdiyi sərhəd postundan VİDEO REPORTAJ
Hazırda oxunan: Qubadlıda ermənilərin də keçdiyi sərhəd postundan VİDEO REPORTAJ
56963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.