Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı planın DETALLARI

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı planın DETALLARI

Hazırda oxunan: Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı planın DETALLARI

56941

Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanma qaydası müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla təsdiqlənən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nda əksini tapıb.

Qərara əsasən, mobillik planının hazırlanması mərhələləri aşağıdakılardır:

- mövcud mobillik vəziyyətinə dair məlumatların toplanılması, ictimai rəyin öyrənilməsi və təhlili;

- mobillik planının tərtib edilməsi;

- mobillik planının yekun layihəsinin ictimai müzakirə üçün təqdim edilməsi;

- mobillik planının aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması;

- mobillik planının təsdiq edilməsi.
 

MÖVZU İLƏ BAĞLI:

Yol-nəqliyyat hadisələri ilə bağlı YENİ QAYDALAR


Mövcud mobillik vəziyyətinin təhlili üçün aşağıdakı məlumatlar toplanılır:

- ərazidə olan əhalinin sayı və yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar;

- mövcud nəqliyyat infrastrukturu, nəqliyyat parkı, nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı, hərəkətin təşkili, marşrut xətləri və parklanma yerlərinə dair məlumatlar;

- yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yolnəqliyyat hadisələrinin nəticələrinə dair məlumatlar;

- əhali artımına görə nəqliyyat tələbinin proqnozlaşdırılması;

- nəqliyyat axınlarının və əsas yerdəyişmə istiqamətlərinin araşdırılması;

- sərnişin yerdəyişmələrinin xüsusiyyətləri, hərəkətlilik səviyyəsinə dair məlumatlar;

- əhalinin istirahətinin təşkili üçün nəzərdə tutulmuş yerlərə dair məlumatlar;

- nəqliyyatın ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsinə dair məlumatlar;

- şəhərin Baş planının materialları.

Mobillik planında aşağıdakılar öz əksini tapmalıdır:

- izahat yazısının titul vərəqində sifarişçinin və layihəçinin adı, layihənin tam adı, layihənin hazırlanması ili və ayı, izahat yazısında isə mətn materiallarının siyahısı şəklində layihənin tərkibi və layihəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

- mobillik planında küçə-yol şəbəkəsinin, həmçinin nəqliyyat və piyada hərəkətinin inkişaf sxemləri göstərilir;

- hazırlanmış mobillik planı elektron daşıyıcıda və kağız üzərində sifarişçiyə təqdim edilir.

Aidiyyəti dövlət orqanları və qurumları mobillik planının layihəsi razılaşdırılmaq məqsədilə təqdim edildiyi gündən 30 (otuz) gün müddətində sənədlərə dair yazılı rəy verməlidir. Bu müddət ərzində onlar müvafiq rəy bildirmədikdə sifarişçi həmin orqanlarla və qurumlarla məsələni razılaşdırılmış hesab edir.

Mobillik planının hazırlanması, planın məqsədləri və ehtimal olunan təsirləri, ərazinin yenidən qurulması və ya inkişafı barədə ictimai müzakirələrin aparılması “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq sifarişçi tərəfindən təmin edilir.

Mobillik planı tam hazır olduqdan sonra 10 (on) gün müddətində Nazirlər Kabinetinə təsdiq edilməsi üçün təqdim olunur.

Mobillik planı aşağıda qeyd olunan orqanlar (qurumlar) ilə razılaşdırılmalıdır:

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;

- Daxili İşlər Nazirliyi;

- Fövqəladə Hallar Nazirliyi;

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi;

- Bakı Şəhər İcra Hakimiyyəti (Bakı şəhərinin inzibati ərazisi daxilində);

- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (Bakı şəhərinin inzibati ərazisi daxilində);

- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (aidiyyəti üzrə).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO