Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – FOTO / VİDEO

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – FOTO / VİDEO

Hazırda oxunan: Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – FOTO / VİDEO

56753

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Bu barədə Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Vətən müharibəsi şəhidləri leytenant Elvin Şükürlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nurlan Quliyevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasim iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, ordumuzun qazandığı tarixi zəfərdən və şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim edilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım tədbirlərində şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bizim.Media

 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO