Rektor son sözü “dərsim boş qalmasın” olan müəllimin vaxtsız vəfatından yazdı - “Ölümünə 2 gün qalmış…” - FOTO

Rektor son sözü “dərsim boş qalmasın” olan müəllimin vaxtsız vəfatından yazdı - “Ölümünə 2 gün qalmış…” - FOTO

Hazırda oxunan: Rektor son sözü “dərsim boş qalmasın” olan müəllimin vaxtsız vəfatından yazdı - “Ölümünə 2 gün qalmış…” - FOTO

56723

“Dostluğumda olanların bu yazını axıradək oxunmasını xahiş edərdim. Fədakar müəllimimiz Elxan Əhmədovun rəhmətə getməsindən 40  gün keçdi. “Ölüm haqqdır “ deyiblər”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı SOCAR - Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Facebook səhifəsində yazıb.

“Biz, Elxan müəllimi 56 yaşında itirdik. Elxan müəllim Əsl Ziyalı, Nümunəvi Müəllim, Böyük Şəxsiyyət və Vətənpərvər İnsan idi. Bizdə müəllim olmamışdan əvvəl SOCAR, BP, Qətər Neft Şirkətlərində mühəndis olaraq çalışmışdır. Səhhəti ilə bağlı ağır işlərdə işləməmək tövsiyə olunmuşdur. Mən onu Ali Məktəbimizin neft-qaz mühəndisliyi kafedrasına  müəllimliyə dəvət edəndə sevə - sevə  bu vəzifəni qəbul etdi”.

O, Elxan müəllimin bütün tələbələrin sevimlisi olduğunu xatırladıb:

“Gənc insan olsa da, yaşından çox yaşlı görsənirdi. Vaxtından əvvəl  ağsaqqal olmuşdu. Amansız korona xəstəliyi ilə mübarizə aparırdı ömrünün son günlərində.

Lakin Elxan müəllim hamımızı təsirləndirən, eyni zamanda bu gün də  bizi düşündürən addımları ilə ƏSL MÜƏLLİM obrazını yaratdı xatirələrimizdə.

Dərs dediyi  5-ci kurs tələbələrinə bir- bir zəng edib sonuncu tapşırıqlarını verdi. Qiymətli tövsiyələrini çatdırdı.

Ölümünə 2 gün qalmış isə kafedra müdirinə zəng edərək, bu dünya etibarsızdı deyib öz yerinə yaxşı bir müəllim tapdığını, onunla danışdığını, razılaşdığını və onun koordinatlarını verərək sonuncu missiyasını ləyaqət və şərəflə yerinə yetirmiş oldu.

Sonuncu sözü isə, dərsim boş qalmasın demişdi.

Azərbaycanda belə müəllimlərimiz kifayət qədərdi. Ancaq yazmırıq onlardan. Tanıtmırıq onları, sevmirik belə yazıları.

Maraqlı deyil bizə belə hadisələr.  Beləcə insani hisslərimizi yavaş-yavaş itiririk. Özümüz hiss etmədən itiririk  insani kefiyyətlərimizi. 

Əziz dostlarım, yaxşı insanlardan, fədakar şəxsiyyətlərdən daha çox yazaq, tanıyaq  onları. Nümunə götürək onlardan.

Elxan müəllim, sizə isə Allah rəhmət eləsin. Məkanın cənnətlik olsun”.

Bizim.Media



 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO