Aktyor Rəhman Rəhmanov anasından niyə ayrı yaşayıb? - ÖZƏL MÜSAHİBƏ 

Aktyor Rəhman Rəhmanov anasından niyə ayrı yaşayıb? - ÖZƏL MÜSAHİBƏ 

Hazırda oxunan: Aktyor Rəhman Rəhmanov anasından niyə ayrı yaşayıb? - ÖZƏL MÜSAHİBƏ 

56655

"Uşaqlıq illərimin keçdiyi Mingəçevir xoş xatirələrimlə əziz və zəngindir. Anam Raisa Rəhmanova uzun illər bu şəhərdə  keçmiş Fuçik küçəsində yaşayıb. O, həmin vaxtlarda Mingəçevir yanğınsöndürmə idarəsinin inspektoru vəzifəsində çalışırdı". 

Bu sözləri Mingəçevir Dövlət Dram Teatrında işgüzar səfərdə olan Əməkdar artist Rəhman Rəhmanov Bizim.Media-ya təəssüratlarını bölüşərkən bildirib. O, yeni kukla tamaşası ilə Mingəçevirdəki azyaşlı tamaşaçıların görüşünə gəlib.

"Şəhərin azyaşlı tamaşaçıları üçün Cırtdan xalq nağılları əsasında səhnələşdirilmiş maraqlı tamaşa nümayiş etdirmək niyyətindəyik. 3 şəkilli tamaşanın quruluşçu rejissoru da özüməm. Təbii ki, yerli teatrdan olan köməkçi rejissor da müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

"Yoldaşımın nəyinə lazımdır ki, mən kimlə yazışıram?" - Azərbaycanlı aktyor - VİDEO


Üstəlik tamaşada Mingəçevir Dövlət Dram Teatrının 4 aktyoru iştirak edəcək"- deyə, qeyd edən sevilən aktyor əsər üzərində son tamamlama işləri aparıldığını da diqqətə çatdırıb. Həmçinin tamaşada istifadə olunacaq dekorasiya, kuklalar və musiqi nömrələri tam hazırlanaraq artıq Bakıdan Mingəçevirə gətirilib: 

"Mingəçevir Dövlət Dram Teatrından maraqlı təklif aldıq və açığı hər kəsdən çox məmnun olanlardan biri mən oldum. Bundan illər öncə də Kukla teatrı Abdulla Şaiqin əsəri ilə bu şəhərdə bir həftəlik qastrol səfirində olmuşdu. Hətta yeni ildə balaca tamaşaçılar üçün nəzərdə tutulmuş "Qış nağılı" şənliyinə quruluş vermişdim. Odur ki, yeni təklifə böyük həvəslə qarşılıq verdim". 

Əməkdar artist digər bölgə teatrlarından da oxşar təkliflər aldığını lakin vaxt azlığından və şəxsi qayğılarından vaxt edib razılıq verə bilmədiyini də bildirib: 

"Elə indi də baş qaşımağa vaxtım yoxdur. Kukla teatrında işlər, bəzi tele-proqramlara dəvət, yaxud onların bir qismində ekspert qismində iştirakım və digər qayğılarım həmin təkliflərə razılıq verməyimə vaxt saxlamır. Açığı həddindən artıq yorğun düşürəm. Amma bütün bunlara baxmayaraq Mingəçevirə gəlməyə bilməzdim. Çünki şəxsi həyatımda öz xüsusi yeri var və sakinlərini çox sevirəm. Uşaqlığım demək olar ki, burada keçib. Anam Raisa Rəhmanova  uzun illər bu şəhərdə  keçmiş Fuçik küçəsində yaşayıb. O, Mingəçevir Şəhər yanğınsöndürmə idarəsinin inspektoru vəzifəsində çalışıb". 

Rəhman Rəhmanov çətin və qayğılı keçən uşaqlıq illərindən və zəhmətkeş anasından da söz açıb:

"Mən tez-tez xüsusilə tətillərdə Bakıdan anamın yanına gəlirdim. Anamdan danışarkən etiraf edim ki, uşaqlığı çox ağır keçib. İkinci Dünya Müharibəsi onu və doğma bacısını köməksiz qoyub və iki bacı uşaq internat məktəbində böyüməli olublar. Mingəçevirdə yaşayıb çalışmasının bir səbəbi də anamın burada ikinci dəfə ailə həyatı qurması idi".

Rəhman müəllim həmçinin aktyorluq karyerasında xüsusi rol oynayan obrazlarından da söz açıb:

"İncəsənət Gimnaziyasında oxuyurdum.Orada kinostudiyanın bazası yaradılmışdı. Məşhur “Dəli Kür” filminin mollaxana uşaqlarının yer aldığı səhnə üçün aparılan seçimlərdə məni də seçdilər. Yadınızdadırmı, "Eyzəbər Ə Beyzəbər..t” səhnəsi. Bax, orada rol alanda 4-cü sinifdə oxuyurdum. O filmə məni əvvəllər müəllimim sonra isə yaxın dostum olan Xalq artisti Şeyx Əbdül cəlb etmişdi. Ümumiyətlə Sovet dönəmində 10, müstəqil Azırbaycan dönəmində isə 4 bədii filmdə rol almışam. "Kişi sözü", "Yoxlama" və digər filmlər bu qəbildəndir. Hər sahədə aktyor kimi yerim, izim var. Amma kukla teatrındakı işim həyatımın və yaradıcı fəaliyyətimin əsas mayasını təşkil edir".

Rəhman müəllim Kukla Teatrında təkcə uşaqların deyil, böyüklərin də marağına səbəb olacaq tamaşaların təşkil olunduğu haqqında da məlumat verib:

"İzləyicilərimiz sırasında bütün yaş qruplarından olan insanlara rastlamaq olur. Hətta bir dəfə məhz böyük yaşlı tamaşaçıları da nəzərə almaqla Məşədi İbad əsərini səhnələşdirdik. Maraqla qarşılandı. Mən orda Rüstəm bəy, rəhmətlik Yaşar Nuri isə Məşədi İbad rolunu ifa edirdi. Yalnız onun ölümündən sonra mən Məşədi İbadı da canlandırmağa başladım"

Rəhman Rəhmanov Mingəçevir Dövlət Dram Teatrındakı yeniliklərdən bəhs edib:

"Elə yeri düşmüşkən deyim ki, Mingəçevirdə quruluş verdiyim əsər bölgədə yeni bir başlanğıcın təməli olacaq. Əgər tamaşa uğur qazansa bu şəhərdəki işimiz uzunmüddətli olacaq. Bunun üçün teatrın kiçik tamaşaçı zalı ixtiyarımıza veriləcək. Biz yeni əsərlərlə tamaçaçıları sevindirməyə çalışacağıq".

Ehtiram Muradov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO