Moskva Akademik Satira teatrının azərbaycanlı direktoru Məmməd Ağayev vəzifəsindən erməni faktoruna görə getməli olub.
Bu barədə Məmməd Ağayevin qardaşı, arxeoloq Qəhrəman Ağayev Bizim.Media-ya özəl məlumat verib.
Onun sözlərinə görə, Mosvadakı erməni diasporu burada da xüsusi fəallıq göstərərək qardaşını sıxışdırıblar:
"Məmməd Ağayevin direktor olduğu Akademik Satira teatrı nəinki Moskvada, dünyada məşhur idi. Erməni mafiyası bunu hec cür həzm edə bilmədi.
Onlar müxtəlif fırıldaqlara əl ataraq azərbaycanlı direktoru aradan götürmək üçün satira teatrının ermənilərin "tanınmış" artisti Armen Ciqarxanyanın adına olan teatrla birləşdirilməsinə nail oldular”.
Qəhrəman Ağayev deyir ki, buna etiraz olaraq Moska Akademik Satira Teatrının baş rejissoru Aleksandr Anatolyeviç Şirvindt öz ərizəsilə vəzifəsindən ayrılıb.
Məmməd Ağayevə isə teatrda baş məsləhətçi vəzifəsində işləmək təklif edilib. Təbii ki Məmməd Ağayev Azərbaycan oğlu olaraq bundan qəti imtina edib və ərizə yazaraq direktor postundan istefa verib.
Qəhrəman Ağayev onu da məlumat verdi ki, 2022-ci il sentyabr ayının 3-də Məmməd Ağayevin 70 yaşı tamam olacaq. Akademik Satira teatrının kollektivi direktorun yubileyini təntənəli surətdə keçirməyi qərara almışdı.
Dünyada güclü olan erməni mafiyası bunu bildiyindən və azərbaycanlı direktorun şöhrətini aşağılamaq üçün bu kələyi qurub.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 22.01.2022
Moskva teatrının azərbaycanlı direktorunu ermənilər necə işdən çıxardılar? – Qardaşından ÖZƏL TƏFƏRRÜAT
Hazırda oxunan: Moskva teatrının azərbaycanlı direktorunu ermənilər necə işdən çıxardılar? – Qardaşından ÖZƏL TƏFƏRRÜAT
Hazırda oxunan: Moskva teatrının azərbaycanlı direktorunu ermənilər necə işdən çıxardılar? – Qardaşından ÖZƏL TƏFƏRRÜAT
56639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.