Müdafiə Nazirliyindən Bverilən məlumata görə, Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən modul tipli infrasturuktura baxış keçirib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov kursantlarla görüşdə hansı tapşırığı verdi? - DETALLAR
Burada istilik avadanlığı ilə təchiz edilmiş yataqxana, silah otağı, yeməkxana, mətbəx, ərzaq anbarı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Müdafiə nazirinin müvafiq göstərişlərini komandir heyətinin diqqətinə çatdırıb.
Bizim.Media