Tarix İnstitutunda TƏCİLİ İCLAS: Direktor Kərim Şükürov iclasda yoxdur, İsa Həbibbəyli onu AXTARIR

Tarix İnstitutunda TƏCİLİ İCLAS: Direktor Kərim Şükürov iclasda yoxdur, İsa Həbibbəyli onu AXTARIR

Hazırda oxunan: Tarix İnstitutunda TƏCİLİ İCLAS: Direktor Kərim Şükürov iclasda yoxdur, İsa Həbibbəyli onu AXTARIR

56471

“Kərim Şükürovun istefa qərarından xəbərim var. Səhər tezdən indiyədək onu axtarıram. Onunla görüşmək istəyirəm, zəng edirəm, telefonu bağlıdır. Tapa bilmirəm ki, baş verənləri müzakirə edək”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyevə etiraz edən Kərim Şükürov İSTEFA ƏRİZƏSİNİ yazdı? - “İşə gəlmir”


O, Kərim Şükürovla görüşünün hələ baş tutmadığını bildirib:

“Kərim müəllimlə söylədiyi fikirlərlə və istefa ilə bağlı görüşmək istəyirəm. Görüm, niyə belə qərar qəbul edib? Hər halda nömrəm telefonuna düşüb. Tarix İnstitutunda hazırda iclas gedir və orada da iştirak etmir”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov bu gün istefa ərizəsi yazacağını açıqlayıb. Tarixçi akademiyanın prezidenti Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən onun haqqında ziddiyyyətli fikirlərə etiraz olaraq bu addımı atacağını bildirib. 

Kərim Şükürov istefa ilə bağlı açıqlamasında Ramiz Mehdiyevin fəaliyyəti barədə də bəzi fikirlər səsləndirib.


O, instituta rəhbərlik etdiyi bir ildən az müddət ərzində AMEA rəhbərinin bir dəfə də olsun Tarix institutu haqqında müzakirə aparmadığını, elmi fəaliyyətdən kənar işlərlə məşğul olduğunu deyib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO