Xidmət rəisindən balıqçılara ÇAĞIRIŞ – “Buna son qoyulmalıdır”

Xidmət rəisindən balıqçılara ÇAĞIRIŞ – “Buna son qoyulmalıdır”

Hazırda oxunan: Xidmət rəisindən balıqçılara ÇAĞIRIŞ – “Buna son qoyulmalıdır”

56465

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə balıq ovu ilə məşğul olanları sintetik torlardan istifadəyə son qoymağa çağırıb.

Bizim.Media xəbər verir ki, o, istifadəsi qadağan olunmuş sintetik torlarla balıqların ovlanmasının cinayət olduğunu bildirib.

Xidmət rəisi bildirib ki, qanunvericiliyə əsasən sənaye balıq ovu ilə məşğul olan subyektlərin kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və tək saplı torlarla balıq ovu ilə məşğul olması qadağandır.

Onun sözlərinə görə, aparılan maarifləndirmə və müvafiq cəza tədbirlərinə baxmayaraq ölkə ərazisində keçirilən reydlər, nəzarət tədbirləri zamanı balıqçılıq subyektləri, həmçinin brakonyerlər tərəfindən qadağan olunan sintetik torlardan kütləvi istifadə edilməsi halları aşkar olunur:

“Bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür, balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, onlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır, uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir.

Qəti şəkildə bildiririk ki, onların istifadəsinə son qoyulmalıdır. Çox təəssüf ki, bu torlardan istifadə edənlərin bəziləri hətta kvota ilə balıq ovlayan hüquqi şəxslərdir”.

H.Əlizadə qeyd edib ki, ölkənin su hövzələrində keçirilən reydlər zamanı 2020-ci il ərzində 65 min metr, 2021-ci il ərzində isə 50 min metrdən çox sintetik tor yığılaraq zərərsizləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO