Şəki həbsxanası suvenir istehsal edəcək -  FOTOLAR

Şəki həbsxanası suvenir istehsal edəcək - FOTOLAR

Hazırda oxunan: Şəki həbsxanası suvenir istehsal edəcək - FOTOLAR

56465
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Moderator.az -ın Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, bu sahədə həyata keçirilən növbəti tədbirlərdən biri yeni istifadəyə verilmiş Şəki Penitensiar müəssisəsinin rejim korpuslarında müasir tipli avadanlıqlarla təchiz edilmiş istehsalat sahələrinin fəaliyyətə başlaması olub. Müxtəlif suvenirlərin istehsalını həyata keçirən sexlərdə ilkin olaraq 12 nəfər işlə təmin olunub. 

Müəssisədə cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır. 




















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO