"Bakı Telefon Rabitəsi"ndən oğurluq edildi

Hazırda oxunan: "Bakı Telefon Rabitəsi"ndən oğurluq edildi

56448

"Bakı Telefon Rabitəsi" MMC-dən oğurluq edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə yanvarın 17-də Qala qəsəbəsi ərazisində "Bakı Telefon Rabitəsi" MMC-yə məxsus 230 metr yeraltı rabitə naqilinin kəsilərək oğurlanması barədə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 3-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri - Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO