Gəncədə yeni məktəb binasının açılışı olub – FOTO 

Gəncədə yeni məktəb binasının açılışı olub – FOTO 

Hazırda oxunan: Gəncədə yeni məktəb binasının açılışı olub – FOTO 

56429

Yanvarın 21-də Gəncə şəhər M.Hadi adına 10 saylı tam orta məktəb üçün tikilmiş yeni tədris binasının açılışı olub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Anar Qədiməliyev, M.Hadi adına 10 saylı məktəbin direktoru Arzu Əliyeva və digər qonaqlar iştirak edib.  

Binaya baxış zamanı nazir müavininə məktəblə bağlı məlumat verilib. 

Qeyd olunub ki, yeni məktəb binası 760 şagird yerlikdir. 3 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 texnologiya, 2 informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 200 yerlik akt zalı, 2 qapalı və açıq idman zalı, kitabxana və 160 nəfərlik yeməkxana fəaliyyət göstərəcək.  

Məktəbdə server otağı quraşdırılıb. Bu, Gəncə məktəbləri arasında ilk hesab olunur. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.  

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 704 şagird, məktəbəhazırlıq qrupunda isə 52 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 74 nəfər pedaqoji, 10 nəfər texniki işçi çalışır.  

Xatırıladaq ki, 10 saylı məktəbin binası 1936-ci ildə tikilib və 2020-ci ilədək əsaslı təmir olunmayıb. 2020-ci ildə ölkə başçısının sərəncamına əsasən məktəb binası sökülərək, yerinəd yeni bina inşa olunub.  

Tikinti davam edən müddətdə məktəbin şagirdləri və müəllim heyəti Gəncədə 11 sayli məktəbdə təhsilllərini davam etdiriblər.   

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO