Yanvarın 20-də Bakının Binəqədi rayonunun DSK yolu adlanan ərazisində “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
"Daşıyıcının verdiyi məlumata görə yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da, qəza dayanma işıqlarını qoşmayıb.
Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb", - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 21.01.2022
Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşmasının TƏFƏRRÜATI – Günah TIR sürücüsündə olub
Hazırda oxunan: Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşmasının TƏFƏRRÜATI – Günah TIR sürücüsündə olub
Hazırda oxunan: Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşmasının TƏFƏRRÜATI – Günah TIR sürücüsündə olub
56422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.