Kəlbəcərdə istifadəyə verilən yeni hərbi obyektlərdən GÖRÜNTÜLƏR – FOTO/VİDEO

Kəlbəcərdə istifadəyə verilən yeni hərbi obyektlərdən GÖRÜNTÜLƏR – FOTO/VİDEO

Hazırda oxunan: Kəlbəcərdə istifadəyə verilən yeni hərbi obyektlərdən GÖRÜNTÜLƏR – FOTO/VİDEO

56421

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. 

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO