Reza Deqatindən Qanlı Yanvar xatirələri: “Bakıya gizli yolla gəldim” - FOTO

Reza Deqatindən Qanlı Yanvar xatirələri: “Bakıya gizli yolla gəldim” - FOTO

Hazırda oxunan: Reza Deqatindən Qanlı Yanvar xatirələri: “Bakıya gizli yolla gəldim” - FOTO

56361

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati sosial şəbəkə hesabından Qanlı Yanvar hadisələri ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan danışan fotoqraf həmin günlə bağlı xatirələrini də bölüşüb.

Fotoqrafın sözlərinə görə, həmin vaxt şəhər jurnalistlər üçün bağlı olub. Ancaq Deqati buna baxmayaraq, gizlincə Moskva qatarı ilə Bakıya gələ bilib.

Məşhur fotoqraf bəzi şəkilləri polis avtomobilinin şüşəsindən çəkdiyini bildirib.

"Rusların bu üsyanı zorakı yolla yatırmağının əyani sübutlarını təqdim etdim", - deyə o bildirib.

Deqati paylaşımında 20 Yanvar hadisələrinin simvoluna çevrilmiş qərənfildən də danışıb.

"Bu hadisədən sonra milli çiçəklər ölkəni deyil, qanlı gecəni təmsil etdi. Qırmızı qərənfillər artıq müstəqillik uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün qəbirlərin üzərinə qoyulur", - deyə o bildirib.

Deqati şərhinin sonunda bu haqda "The Massacre of the Innocents" ("Məsumların qətliamı") kitabında ətraflı məlumat verdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO