21 YAŞLI QAZİMİZ: “Mən yarımcanam, təki torpaqlarımız yarım olmasın” – VİDEO 

21 YAŞLI QAZİMİZ: “Mən yarımcanam, təki torpaqlarımız yarım olmasın” – VİDEO 

Hazırda oxunan: 21 YAŞLI QAZİMİZ: “Mən yarımcanam, təki torpaqlarımız yarım olmasın” – VİDEO 

5635

Mən görəndə ki, Xocalıda bizim ana-bacılarımıza ermənilər necə işgəncə verib onda dayana bilmirdim. Qarabağ işğal altında idi. Xalqımızın yaşadığı bütün çətinliklər, həsrət məni hərbçi olmağa sövq etdi.

Bu sözləri 21 yaşlı qazimiz İlkin Rüstəmli Bizim.Media ilə döyüş xatirələrini bölüşərkən deyib:

 - Sentyabrın 27-də döyüşə yola düşdük. Tapşırıq verildi ki, Murovun strateji yüksəkliklərini almalıyıq. Sonra mən Füzuli, Xocalı, Hadrut, Xocavənd və Xankəndi istiqamətində döyüşlərdə oldum. Və elə Xankəndidə də yaralandım. Təəssüflər olsun ki, yaralı olduğum üçün Şuşa əməliyyatında iştirak edə bilmədim. Şuşanın azad olunması o qədər gözəl hisdir ki. Mən deyərdim ki, ən qürurlu döyüşümüz Şuşada oldu. Düzdür, Şuşa asan alınmadı. Düşmən nə qədər itki verdi. Bizim bütün istiqamətlərdə olan döyüşlərdə onların mülki əhalisi ilə işimiz yox idi. Onlar buna görə xoşbəxt millətdirlər. Ancaq hərbçilərin canlarını alırdıq. Qarabağda ilk olaraq Füzuli rayonuna ayaq basdım. Və bu topaqların uzun illər bizdə olmadığına görə kədər hissi keçirdim.

Ailənin tək övladı olan qazimiz deyir ki, hərbçi olmaq onun uşaqlıq arzusu olub. Böyüdükcə, Qarabağın düşmən tapdağı altında olduğunu gördükcə hərbiyə olan marağı günü-gündən   artıb.

- Bilirdim ki, hərbçi olmaq çətindir, məsuliyyətlidir. Qohum toyu olurdu gedə bilmirdim, bayramlarda evə gələ bimirdim. Ailəmi gec-gec görürdüm. Mən bütün məhdudiyyətləri gözə alıb hərbçi olmuşam. Qolumdan  güllə yarası almışam, ayağımı itirmişəm. Heç bir məyusluq hissi yoxdur. Əsas torpağımız yarım olmasın. Mənim anam laçınlıdır. Torpaq həsrətinin nə demək olduğunu çox gözəl bilirəm. Anam Laçından danışanda, şəkilləri göstərəndə deyirdim ki, kaş mən torpaqlarımızın azad olunmasında iştirak edim. Və mən artıq bu arzuma çatmışam.

Gülşanə Mustafayeva, Bizim.Media

 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO