Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə TƏDBİRLƏR – FOTO/VİDEO

Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə TƏDBİRLƏR – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə TƏDBİRLƏR – FOTO/VİDEO

56348

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi-psixoloji və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, eləcə də faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda Şəhidlər Xiyabanı ziyarət olundu - VİDEO


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.

Azərbaycan Ordusunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO