20 Yanvar şəhidlərinin xatirəsi Gəncədə də anıldı - FOTO

20 Yanvar şəhidlərinin xatirəsi Gəncədə də anıldı - FOTO

Hazırda oxunan: 20 Yanvar şəhidlərinin xatirəsi Gəncədə də anıldı - FOTO

56345

Bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə Nazirinin müavini – Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb, Gəncə şəhidlərinin şəkillərinin əks olunduğu lövhəyə baxış keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Quba rayonunda ümumxalq hüzn günü ehtiramla qeyd edildi - FOTO


Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

Daha sonra 20 Yanvar faciəsinin 32-ci ildönümünü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başalyıb. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. 

Qeyd olunub ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu qanlı gün həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Vurğulanıb ki, 20 yanvar 1990-ci il müasir tariximizin ən faciəli günlərindən biri olsa da Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq!

Bütün Respublika ərazisində olduğu kimi, saat 12:00-da Gəncədə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO