Quba və Qusarın bütün avtomobil yolları buz bağlayıb - FOTO

Quba və Qusarın bütün avtomobil yolları buz bağlayıb - FOTO

Hazırda oxunan: Quba və Qusarın bütün avtomobil yolları buz bağlayıb - FOTO

56337

Şimal bölgəsi rayonlarına  iki günlük fasilədən sonra yenidən qar yağmağa başlayıb. Qarlı hava həm də şaxta ilə  müşahidə edilir.

Quba regional hidrometerologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, səhər saatlarından müşahidə  edilən qarın hündürlüyü Quba şəhərində 20, Qrız kəndində 16 sm təşkil edir. Qrız kəndində 12 dərəcə şaxta var.

Hazırda Quba və Qusarın bütün avtomobil yolları buz bağlayıb.Yollarda hər hansı təhlükə yaşanmaması üçün  qabaqlayıcı tədbirlər görülür.

Fəsadlar barədə hələlik məlumat yoxdur.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO