20 Yanvar qırğınında 2 şəhid vermiş, 3 sakini yaralanmış Quba rayonunda da ümumxalq hüzn günü xüsusi ehtiramla qeyd edilib.
Bizim.Media xəbər verir ki, səhər saatlarından rayon sakinlərinin Quba Şəhidlər Xiyabanına axını başlayıb. Quba İH başçısı Ziyəddin Əliyev ,DTX-nin rayon şöbəsinin rəisi, hüquq--mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçilər əvvəlcə Quba şəhər qəbristanlığında 20 Yanvar şəhidi Raqib Hüseynovun, 3 Qarabağ şəhidinin məzarlarını ziyarət edib, qəbirləri önünə gül dəstələri qoyublar.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Azərbaycan həm də torpaqlarının azad olunmasını Şəhidlərlə QEYD EDİR - FOTOREPORTAJ
Sonra rayon rəsmiləri Quba Şəhidlər Xiyabanında Qarabağ münaqişəsinin müxtəlif dövrlərində və Vətən Müharibəsində həyatından keçən şəhidlərin məzarlarını ziyarət edib,ruhlarını anıb,məzarlarına çiçək dəstələri düzüblər.
Bütün şəhidlərin ruhuna dualar oxunub.
Quba RİH başçısı Şəhidlər xiyabanında bütün şəhid ailələrinə bir daha başsağlığı verib.
Eyni vaxtda Qubanın Küçəyi kənd qəbristanlığında uyuyan 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarı da rayon İH-nin məsul şəxsləri, sakinlər, ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib.
Gündüz saat 12-00-da Qubada da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Quba Şəhidlər Xiyabanında insanların ziyarəti isə davam edir.
Aytəkin Alxaslı, Bizim.Media