"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz" - Kamran Əliyev

Hazırda oxunan: "Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz" - Kamran Əliyev

56288

“Heç kim “Tərtər işi”ni siyasi məqsədləri üçün istifadə edə bilməz və bu, yolverilməzdir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bəziləri istintaqın gedişinə təsir etmək istəyir və bu mümkün olmayacaq:

“Bilirsiniz ki, “Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. İntensiv istintaq hərəkətləri aparılır. Bir dəfə də demişəm. Təəssüf ki, o vaxtı demədiyim sözləri bəzi mətbuat orqanları işıqlandırmışdı. Bir daha bəyan edirəm. Mənim “Tərtər işi” ilə bağlı yalnız bir mesajım var. Bu işin istintaqı təzələnib. Biz qanunla nəzərdə tutulmuş bütün imkanlardan istifadə edəcəyik və həqiqətin üzə çıxarılması, təqsirkar olan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparacağıq. Peşəkarlar bilirlər ki, istintaq belə qısa müddət ərzində və tələskənliklə aparıla bilməz. Bütün faktlar diqqətlə yoxlanılmalı və digər sübutlarla müqayisə edilməlidir. İstintaqın gedişatı barədə ictimaiyyətimiz məlumatlandırılacaq”, - deyə Kamran Əliyev qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO