Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Belə ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.
Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:05 / 19.01.2022
Sumqayıt sakininin polis şöbəsində ürəyi dayandı
Hazırda oxunan: Sumqayıt sakininin polis şöbəsində ürəyi dayandı
Hazırda oxunan: Sumqayıt sakininin polis şöbəsində ürəyi dayandı
56212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.