Eldar Mahmudovun oğlunun İngiltərədə yeni şirkəti üzə çıxdı - FOTOFAKT 

Eldar Mahmudovun oğlunun İngiltərədə yeni şirkəti üzə çıxdı - FOTOFAKT 

Hazırda oxunan: Eldar Mahmudovun oğlunun İngiltərədə yeni şirkəti üzə çıxdı - FOTOFAKT 

56180

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adı Londonda yeni təsis edilmiş şirkətin sənədlərində ortaya çıxıb.  

Bizim.Media xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesabından məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İngiltərə məhkəməsi Eldar Mahmudovun ailəsinin iddiasını rədd etdi – DETALLAR


Belə ki araşdırma nəticəsində məlum olub ki, Britaniya və İrlandiya vətəndaşı olan Rocer Con Kopseyin ilk direktoru olduğu “Britannia Group Ip Holdings Limited” ötən il martın 22-də təsis edilib.  

Oktyabr ayında şirkətin ləğvi üçün baş vurulsa da, ötən ay müraciət geri çəkilib və şirkətin direktorluğu Anar Mahmudova keçib. 

Qeyd edək ki, yanvarın 4-də İngiltərə Ali Məhkəməsi Anar Mahmadovun İspaniyanın beş nəşrinə qarşı qaldırdığı böhtan iddiasını rədd edib. Anar Mahmudov ispan nəşrlərini keçmiş MTN rəhbərinin biznes fəaliyyəti və ailəsinin bir sıra Avropa ölkələrində olan daşınmaz əmlakları haqqında məqalə dərc etmələri səbəbindən məhkəməyə vermişdi. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO