Tərtərdə 16 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Tərtərdə 16 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Hazırda oxunan: Tərtərdə 16 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

56174

Tərtər rayonunda 16 yaşı tamam olmamış məktəbli qız evlənmək məqsədilə qaçırılıb. 

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə Tərtər rayonunun Evoğlu kəndində baş verib.

Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb.

Qızın ailəsindən bildirilib ki, onların övladı, 16 yaşında olan yeniyetmə qızı aldadılaraq qaçırılıb və onlar qızlarının evlənmək niyyətində olmadığını və ali məktəbə qəbul olmağa hazırlaşdığını bildirib
 

Ailə məktəbli qızı qaçıran şəxs haqqında hüquq-mühafizə orqanlarına şikayət edib. Qaçırılan məktəblinin atasının sözlərinə görə, onun qızını qaçıran şəxs iki dəfə evli olub və boşanıb.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO