“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanıldı

“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanıldı

Hazırda oxunan: “Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanıldı

56117

Biləsuvarda “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumata verilib. 

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Ağalıkənd kəndi ərazisində qanunsuz ov edən Biləsuvar rayon sakinləri Samir Rəsulov və Davud Kərimov saxlanılıblar. 

Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” və “Tula” markalı ov tüfəngləri və qanunsuz olaraq ovladıqları “Qırmızı kitab”a düşmüş Turac quşları aşkarlanıb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO