Azərbaycanda bu saytlara və qəzetlərə maliyyə ayrıldı – SİYAHI

Azərbaycanda bu saytlara və qəzetlərə maliyyə ayrıldı – SİYAHI

Hazırda oxunan: Azərbaycanda bu saytlara və qəzetlərə maliyyə ayrıldı – SİYAHI

56098

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə (veb-saytlara) və qəzetlərə dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb.

Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib.

Bütövlükdə 39 onlayn media subyekti müsabiqənin qalibi olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu saytlardır.

Müsabiqənin qalibi olan veb-saytların hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.

Bundan əlavə, MEDİA-nın çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələri də məlum olub. Ümumilikdə 16 qəzet müsabiqənin qalibi elan edilib.
Bununla da həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstəriləcək.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO