Azərbaycanda insanlar bir-birlərinə niyə bu qədər qəzəblidir? – Psixoloq SƏBƏBLƏRİ açıqladı 

Azərbaycanda insanlar bir-birlərinə niyə bu qədər qəzəblidir? – Psixoloq SƏBƏBLƏRİ açıqladı 

Hazırda oxunan: Azərbaycanda insanlar bir-birlərinə niyə bu qədər qəzəblidir? – Psixoloq SƏBƏBLƏRİ açıqladı 

56085

Son vaxtlar Azərbaycan cəmiyyətində insanlararası münasibətlərdə gərginliklər özünün pik vəziyyətinə çatıb. Bu da bütün xidməti sahələrdə belə özünü biruzə verir. Fikrimizcə, bu məsələyə artıq ciddi yanaşmağın vaxtıdır. 

Məktəbəqədər və orta təhsil müəssisələrində qanunsuzluqlar, pedaqoqlarla şagirdlərin bir-birinə qarşı fiziki təzyiqləri, məişət zəmnində qadın zorakılıqları və qətllər, ailə institutunun məhv edilməsi, intihara meyillilik, vətən uğrunda canını fəda edənlərin təhqir olunaraq aşağılanması, ailə dəyərlərinin itirilməsi, boşanmalar, əxlaq boşluqları, bir sözlə ictimaiyyətdə ciddi aqressiya hökm sürür. 

Nə baş verir? Cəmiyyət nəyə hamilədir? Min illik düzəni dəyişdirənlər kimlərdir və ya kökündə nə dayanır?

Bu suallara tanınmış psixoloq Fərqanə Mehmanqızı ilə cavab tapmağa çalışdıq. Bizim.Media-ya açıqlamasında psixoloq cəmiyyətdə hökm sürən aqressiyanın pik həddə çatdığını bildirib:

MÖVZU İLƏ BAĞLI:

“Kişi ol, kişilər ağlamaz!” ifadəsi uşaqları aqressiv edir - PSİXOLOQ


“Doğurdan da nə baş verir? Hər yerdə aqressiya var. Təkcə təhsil müəssisələrində deyil, bankda, dövlət qurumlarında, özəl müəssisələrdə, bir sözlə bütün sahələrdə, hər yerdə aqressiya var. Pandemiyadan əvvəl dəfələrlə vurğulamışdım ki, karantin qaydaları və sərtləşmələr psixikası zəif və həssas insanlarda aqressiya yaradacaq. Yaratdı da... İnsanların ən böyük bəşəri hədəfi azadlıqdır. İnsanlar azadlığa istər fərdi, istərsə də toplu şəkildə meyilli olurlar. Sübut olaraq görmək olar ki, dünya yaranandan hər hansı bir qanunu pozan insanları cəza olaraq azadlıqdan məhrum edirlər. Azadlıqdan məhrum etmək insanları müəyyən bir köşədə, limitli qapalı məkanda saxlamaq, sosial mühitdən təcrid etməkdir.
 

Məhz pandemiya və karantin qaydaları insanları sosial mühitdən ayırdı, onları qapatdı. Heç bir səbəb olmadan və qanun pozmadan insanlara sərt şəkildə qadağa qoyuldu. Bu, psixoloji həssas insanlarda şuuraltı olaraq aqressiya yaratdı.


Bunu dinlə, dünya siyasəti ilə, hər hansı hegemon qüvvələrlə bağlayanlar oldu. Kimin nəyə bağladığından asılı olmyaraq psixoloji həssas insanlarda psixoloji problemlər yarandı. Bu gün biz o nəticəni görürük. Hələ bir neçə il ərzində də görəcəyik”.

Psixoloq hesab edir ki, yalnız maarifləndirmə ilə sosial aqressiyanın qarşısını almaq olar:

“Psixoloji həssas insanlarda somatik və xronik depressiya, xəstəliklərdən qorxma, daxili və xarici aqressiya ailədaxili münaqişələrə, cəmiyyətdəki cinayətlərə, eləcə də intiharlara gətirib çıxartdı. Bunlar hamısı nəticədir. Çünki insanların daxillərində olan hər hansı travma və psixoloji problemləri cəmiyyət şiddətlındirdi. Onunla da üzə çıxartdı. Empati bacarıqlar insanlarda demək olar ki, çox cüzidir. Bu bacarıqlar aşağı endiyi üçün bir-birimizi dinləmirik. Dinləmədiyimiz üçün öncə rəy veririk, qarşı tərəfə aqressiya püskürürük. Bir-birimizin fikirləri ilə razılaşmayanda, müzakirə etmirik, şəxsiyyətə keçirik.
 

Analitik qabiliyyətimiz aşağı düşüb. Cəmiyyət və toplum olaraq özümüzü sanki tapmağa çalışırıq. Özümüzü tapmaq üçün müəyyən bir yönləndirmə lazımdır.


Fikrimcə, bağçalarda, məktəblərdə, ümumiyyətlə bütün sahə və iş yerlərində psixoloq qruplar seminarlar təşkil etməlidir ki, problemli insanlar üzə çıxsın. Belə insanlar isə qrup terapiyaları ilə müalicə olunar. Belə bir layihənin reallaşmasına ümid edirəm. Başqa yolu yoxdur”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO