Yarımçıq doldurulmuş ƏTİR QABLARI – Mağazalarda qutuların açılmasına niyə icazə verilmir?

Yarımçıq doldurulmuş ƏTİR QABLARI – Mağazalarda qutuların açılmasına niyə icazə verilmir?

Hazırda oxunan: Yarımçıq doldurulmuş ƏTİR QABLARI – Mağazalarda qutuların açılmasına niyə icazə verilmir?

55881

“Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır” ifadəsini deyən dəb dünyasının unudulmazlarından olan Koko Şanel ətri insanların uğur, sevgi simvolu hesab edirdi. 

Müasir günümüzdə cürbəcür ətir növlərinə rast gəlmək mümkündür. Lakin yerli bazarlarda vəziyyət heç də ürəkaçan deyil.

Brend adı altında fəaliyyət göstərən parfumeriya mağazalarında gözoxşayan qutular bəzən surprizlərlə dolu ola bilər. Çünki artıq tez-tez rastlaşdığımız bir hal var: - Ətirlər çox zaman keyfiyyətsiz və yarımçıq doldurulmuş şəkildə satılır. Bağlı qutuların isə mağazalarda açılmasına icazə vermirlər. Alıcılar bir neçə yüz manat verib, aldıqları ətirlərin sonradan saxta olduğunu anlayanda artıq hər şey üçün gec olur. 
Çünki yerli qanunlara görə, onları geri qaytarmaq olmaz!

Azad istehsalçılar birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında  bildirib ki, bu haqda şikayətlər çox tez-tez baş verir. 
 

MÖVZU İLƏ BAĞLI:

Endirimlərdən necə yararlanaq? – 5 QAYDA


“Bu şikayətlər neçə illərdir ki, davam edir. Bizim ofisimizə neçə illər öncə ölkənin çox tanınmış adamlarının biri şikayətə gəlmişdi. Çünki öz nişanlısına brend ətirlərdən biri olan “Prima”nı almışdı, amma içi boş çıxmışdı. Bu hallar hələ də davam edir. Təəssüflər olsun ki, parfumeriya bazarlarının qorunmasında parfumeriya şirkətləri özləri maraqlı deyil, çünki bir çoxu özləri bu işlərdə əlbirdirlər, şərikli işlər aparırlar”.

Eyyub Hüseynov həmçinin alıcıların hüquqlarının pozulmasında mövcud qanunların da şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, adıçəkilən sahədə yeni qərarların verilməsi lazımdır: 

“Nazirlər Kabinetinin 1998-ci ildə verdiyi qərara əsasən, parfumeriya malları, ətirlər bu kimi mallar, o cümlədən qızıl, daş-qaşlar dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Bu absurd qərar alıcıların əl-qollarını bağlayır. Hər həftə parfumeriya malları haqqında mənə şikayətlər gəlir. Təəssüflər olsun ki, bu qərar biznes qurumlarının lehinə işləyir. Bu sahədə ciddi problemlər var. Biz çalışırıq ki, yeni qərar hazırlansın və istehlakçı hüquqlarının pozulmasının qarşısı alınsın”.

Əslində toxunduğumuz məsələ bir çox ətir, kosmetoloji məmulatlara aiddir. Redaksiyamız bu cür hallarla müxtəlif şikayətlər daxil olur. Xüsusi ilə də yerli brendlərdə bu cür hallar intensiv baş verir. Araşdırmamızı davam etdirəcəyik.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO