Yanvarın 15-16-da polis əməkdaşları tərəfindən respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar.
Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:22 / 18.01.2022
Evdən çıxan 6 koronavirus xəstəsi saxlanıldı
Hazırda oxunan: Evdən çıxan 6 koronavirus xəstəsi saxlanıldı
Hazırda oxunan: Evdən çıxan 6 koronavirus xəstəsi saxlanıldı
55868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.