Ümumdünya Təbiət Fondu tərəfindən aparılan araşdırmada, insanların yediyi qida məhsullarından orqanizminə daxil olan plastmasın miqdarı hesablanıb.
Bizim.Media bildirir ki, bir insan ildə 250 qramlıq xilasetmə dəbilqəsi qədər plastik istehlak edir.
Plastik istehsalının sürətlə artdığı vaxtda insanların fərqinə varmadan istehlak etdiyi plastik miqdarını göstərən fotoları Sputnik-in qalereyasında görmək olar.
Ümumdünya Təbiət Fondunun araşdırmasına görə, insanlar ildə orta hesabla xilasetmə dəbilqəsi qədər plastik istehlak edirlər. Bu, ildə təxminən 250 qrama bərabərdir.
Ən çox plastik olan qidalar arasında dəniz məhsulları, xüsusən də xərçəngkimilər var. Tədqiqatların birində balıqların qaraciyərində mikroplastika aşkar edilib. Bu hal plastik hissəciklərin həzm toxumalarından bədənin digər hissələrinə ötürülə biləcəyini ağıla gətirir.
Qidalardakı mikroplastların otaqlardakı tozdan qaynaqlandığına dair dəlillər də var. Yeməyimizin üzərinə qonan tozlardan ildə orta hesabla 70.000 mikroplastik ala biləcəyimiz müəyyən edilib. Fotoşəkildə insanların 5 ildə istehlak etdiyi plastik miqdarına (1,3 kq) uyğun gələn plastik məhsullar göstərilib.
Araşdırmanın nəticələrinə görə, insanlar hər həftə bir kredit kartı ölçüsündə plastik yeyirlər.
Plastikin istehlak sahələri gündən-günə genişlənsə də, son 50 ildə istehsalı tamamilə artmışdır.
4 il ərzində insanlar tərəfindən istehlak edilən plastik miqdarı demək olar ki, 1 kiloqrama çatır.
Bir insanın orta hesabla bir gündə istifadə etdiyi plastik miqdarı 0,7 qram olaraq göstərilir. (deyerler.org)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:44 / 18.12.2020
İnsan il ərzində nə qədər plastmas yeyir?
Hazırda oxunan: İnsan il ərzində nə qədər plastmas yeyir?
Hazırda oxunan: İnsan il ərzində nə qədər plastmas yeyir?
5579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.