Goranboyun bəzi kəndlərində işıqlar niyə tez-tez sönür? - AÇIQLAMA

Goranboyun bəzi kəndlərində işıqlar niyə tez-tez sönür? - AÇIQLAMA

Hazırda oxunan: Goranboyun bəzi kəndlərində işıqlar niyə tez-tez sönür? - AÇIQLAMA

55648

Goranboyun bir sıra kəndlərində tez-tez işıqların söndürülməsi yerli sakinləri narahat edir. 

Bizim.Media-nın yerli bürosuna bununla əlaqədar daxil olan müraciətlərdə rayonun Boluslu, Məşədiqaralar, Veyisli, Eyvazlılar və digər kəndlərində gün ərzində yaxud iki gündən bir işıqların fasilələrlə yanıb sönməsi insanların əsəblərini tarıma çəkir.

Elə bu saatlarda yenidən növbəti dəfə Bolusluya elektrik verilişinin dayandırıldığı bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü külək Xaçmazı işıqsız qoydu - FOTO


Məsələ ilə bağlı Goranboy rayon Elekrik Şəbəkəsinin rəhbəri Seymur Rüstəmov bildirir ki, adları çəkilən ərazilərdə elektrik verilişinin dayanması yalnız hava şəraitinin yaratdığı fəsadlar zamanı ortaya çıxır. Digər hallarda isə kəndlər fasiləsiz enerji ilə təmin olunur.

Onun sözlərinə görə, Veyisli kənd elektrik yarımstansiyasında isə ümumiyyətlə fasilələlər çox nadir hallarda baş verir.

Qeyd edək ki, hazırda Goranboyda hava şəraiti normaldır. Bununla belə konkret olaraq Boluslu kəndində işıqlar heç bir səbəb olmadan yenidən söndürülüb.

Ehtiram Muradov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO