Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar. İlkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.
MÖVZU İLƏ BAĞLI:
“Anaları koronavirusa yoluxan uşaqların taleyi ilə heç bir qurum maraqlanmır” - Kəmalə Ağazadə
Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.
İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.
Bizim.Media