Bakıda güclü külək binanın dam örtüyün uçurdu - VİDEO

Bakıda güclü külək binanın dam örtüyün uçurdu - VİDEO

Hazırda oxunan: Bakıda güclü külək binanın dam örtüyün uçurdu - VİDEO

55561

Ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb.

Belə ki, güclü küləyin təsirindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyündə dəmir navalçanın qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumat əsasında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri hadisə yerinə cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü külək bədbəxt hadisəyə səbəb oldu - Dam örtüyü qadının başına düşdü - FOTO


Xilasedicilər binanın dam örtüyündən qoparaq asılı vəziyyətdə qalmış uzunluğu təqribən 3 metr olan dəmir navalçanı götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonunda onaltımərtəbəli binanın dam örtüyündə dəmir lövhənin, Suraxanı rayonu, Bülbülə qəsəbəsində isə beşmərtəbəli binanın fasad üzlüklərinin qoparaq ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olan məlumatlara əsasən operativ olaraq cəlb edilən XRXX-nin xilsediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO