Güclü külək Xaçmazı işıqsız qoydu - FOTO

Güclü külək Xaçmazı işıqsız qoydu - FOTO

Hazırda oxunan: Güclü külək Xaçmazı işıqsız qoydu - FOTO

55526

Güclü külək Xaçmazda  fəsadlar səbəb olub.

Bizim.Media xəbər verir ki, səhər saat 10-dan etibarən rayonun, demək olar, bütün ərazilərində işıqlar sönüb.

"Azərişıq"ın Xaçmaz elektik şəbəkəsindən verilən məlumata görə, rayonda 5-6 xəttdə elektrik enerjisi kəsilib. 

Rayon ərazisində güclü külək bir neçə elektrik dirəyini və ağacı aşırıb.

Güclü külək nəticəsində Qobuqırağı kənd məktəbinin çardağı, Köhnə Xudat kəndində isə bir evin damı uçub.

Bu barədə məlumatı Xaçmaz İH başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov verib.

Küləyin başqa fəsadlarının olması istisna edilmir. Əlavə məlumat veriləcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO